Kiçik qarajlarda fəaliyyətə başlamış `Microsoft`, `hp` və sair kimi nəhəng korporasiyalar - MARAQLI FAKTLAR

Böyük işlər həmişə kiçikdən başlayır.

Necə düşünürsünüz, sizcə, bəzi uğurlu sahibkarlar çoxmilyonluq layihələrinin həyata keçirilməyinə harada başlayıblar? - Bəli-bəli, məhz qarajda.

Bəlkə də, inandırıcı deyil, amma aşağıda sadalayacağımız bütün dünyada məşhur olan bu şirkətlər, faktiki olaraq, qarajlarda "böyüyüb":

"Apple". O, hazırda dünyada ən bahalı texnologiya şirkətidir, halbuki Şirkətin qurucusu Stiv Cobs ilk kompüterləri valideynlərinin qarajında yığmağa başlayıb.

"Microsoft". Bill Geyts və Pol Allen kompüter bazarının gələcək masdonotunun - "Microsoft" şirkətinin əsasını 1975-ci ildə qarajda qoyublar.

"Amazon". Ceff Bezos kitab internet-mağazasını 1994-cü ildən etibarən qaraj startapından çoxmilyardlıq biznesə çevirib.

"Harley Davidson". 1901-ci ildə Uilyam S.Harli dostunun evindəki qarajdan istifadə edərək velosipeddə quraşdırmağı planlaşdırdığı mühərrik layihəsini hazırlayıb.

"Mattel". 1945-ci ildə gələcəkdə oyuncaq istehsalı şirkətinin əsasını qoyacaq və "Barbie" gəlinciklərinin yaradıcıları olacaq yeni evli Rut və Elliot Hendlerlər qarajda fotoşəkil üçün çərçivələrin hazırlanmağına başlayıblar.

"Disney". 1923-cü ildə Uolt və Roy Disney resurslarını birləşdirərək dayılarının qarajında kinokamera üçün podium qurublar.

"Google". Stenfordun gələcək tələbələri və "Google"nin gələcək təsisçiləri Larri Peyc və Sergey Brin qarajda işə başlayıblar. Onların "şirkət"lərinin işçiləri isə cəmi dörd nəfərdən ibarət olub.

"Hewlett-Packard ("hp"). Nəhəng kompüter şirkətlərindən biri olan "hp" 1939-cu ildə 538 dollar pul yatırımı ilə qarajda təsis edilib.

"Lotus Cars". 1984-cü ildə Entoni Kolin Brüs özünün ilk yarış avtomobilini valideynlərinin qarajında hazırlamağa başlayıb.

"Nike". 1964-1978-cü illərdə "BlueRibbonSport" adlandırılan hazırkı "Nike" şirkətinin qurucularının ticarətin ilkin mərhələsində, hətta qaraj icarəyə götürməyə də pulları olmayıb.

salamnews /

Google+ WhatsApp ok.ru