Kişilərdə infarktın erkən əlamətləri açıqlandı

Kişilərdə infarktın erkən əlamətləri açıqlandı

Yetkinlərin artıq çəkisi onların erkən infarkt riski ilə əlaqədardır.
 
Maide.Az "FaktXeber.com"-a  istinadla məlumata görə, bu barədə Parisdə Avropa Kardiologiya Cəmiyyətinin konqresində Höterberq Universitetindən olan isveçli həkim Maria Aberg bəyan edib.
 
Onun sözlərinə görə, bədən kütləsi indeksinin (BKİ) hər kvadrat metrə 27.5 ilə 29.9 kiloqram arasında artması miyokard infarktı riskini 2.64 dəfə artır. BKİ-nin bir kvadrat metrə 30 ilə 34.9 kiloqrama qədər artması infarkt ehtimalını 3,05 dəfə artırır.
 
Alimlər bu nəticələrə 1950-1987-ci illər arasında dünyaya gəlmiş təxminən 1,7 milyon yeniyetmənin sağlamlıq vəziyyəti ilə bağlı tibbi məlumatları araşdırdıqdan sonra gəldilər. 18 yaşlarında tibbi müayinədən keçiblər və icbari hərbi xidmətə çağırılıblar. 1969-cu ildən 2016-cı ilə qədər onlar tədqiqatçıların nəzarətində olublar. Təhlil edilən dövrdə 22,4 min infarkt qeydə alınıb. Orta hesabla infarkt 50 yaşlarda meydana gəlirdi.
 
"Valideynlər, məktəblər və siyasətçilər uşaqlar və gənclər arasında piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbirlər görməlidir" deyə Aberg bəyan edib.
 
 

Google+ WhatsApp ok.ru