`İkili mühasibat`

`İkili mühasibat`

"Exo" qəzetində "Azərbaycanda dövlət xəzinəsi "ikili mühasibat" üzündən külli miqdarda itirir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif iş yerlərində vergi ödənilməsinin tələblərə uyğun olub-olmamasını ekspertlərlə müzakirəyə çıxarır.
 
Yazıda bildirilir ki, hər bir vətəndaşın dövlət qarşısında hüquqları olduğu kimi, öhdəlikləri də var. Bunlardan biri də vaxtaşırı ödənilməli olan vergi öhdəliyidir.
 
Ekspert Seyfəl Əliyev deyib ki, 2016-cı ilin statistikasına inanılsa, Azərbaycanda vergi orqanlarına borclular o qədər də çox deyil:
"Rəsmi məlumatlara görə, keçən il dövlət vergi orqanlarına cəmi 10 min borclu qeydə alınıb. Vergi borclarının ümumi həcmi isə 2016-cı ildə 2.4 milyard manat olub. Amma bunu da nəzərə almaq lazımdır ki, bu məbləğin yarısı dövlət müəssisələrinin vaxtında ödəmədikləri vergilərdir".
 
S.Əliyevin hesablamalarına görə, qalan 1.2 milyard manat Azərbaycan əhalisi arasında bölünsə, o zaman belə çıxır ki, hər vətəndaşın vergi orqanları qarşısında 120 manat borcu var.
 
Yazıda bildirilir ki, 2017-ci ildə Vergilər Nazirliyi xəttiylə büdcəyə 7.645 milyard manat vəsait daxil olması gözlənilir. Bu da bütün büdcənin 45.6 faizi deməkdir.
 
Müəllif xatırladır ki, bu il büdcənin gəlirləri 16.766 milyard manat, xərcləri isə 17.941 milyard manat müəyyən edilib.
 
Ekspert Vüqar Bayramov isə mövzu ilə bağlı qəzetə deyib ki, dövlət xəzinəsi hər il iri həcmdə vəsaitlər itirir:
"Belə durumun yaranmasının əsas səbəblərindən biri indiyə kimi geniş yayılan «ikili mühasibat»ın olmasıdır". /

Google+ WhatsApp ok.ru