İki məscidə hücumlarda azı 13 nəfər öldürülüb

İki məscidə hücumlarda azı 13 nəfər öldürülüb

Mayın 19-da axşam Əfqanıstanda silahlılar iki məscidə hücum ediblər, iftar açan azı 13 dindar öldürülüb.
 
Daxili İşlər Nazirliyi mərkəzi Parvan vilayətindəki hücuma görə Taliban qruplaşmasını ittiham edib. Ancaq Taliban hücuma görə məsuliyyəti götürməyib, əfqan təhlükəsizlik qüvvələrinin günahlandırılmalı olduğunu deyib.
 
Yerli polis rəsmisi hücuma görə İslam Dövləti (İD) silahlılarından şübhələndiklərini söyləyib.
 
Xost vilayətindəki hücuma görəsə məsuliyyəti götürən olmayıb.
 
BMT Əfqanıstanda dinc sakinlərə qarşı zorakılığın artması haqda xəbərdarlıq edib. Ötən həftə Kabildə doğum evinə hücumda yeni doğulmuş körpələr daxil olmaqla 24 nəfər öldürülmüşdü.
 
Bu arada Birləşmiş Ştatlar Kabillə Taliban arasında sülh danışıqlarının başlaması üçün vasitəçilik edir. Xüsusi elçi Zalmay Khalilzad Qətər və Kabildə səfərdədir.
 

Google+ WhatsApp ok.ru