Kim harda gəldi siqaret çəkir (VİDEO)

İctimai yerdə siqaret çəkənlərin sayı artıb. ANS TV-nin məlumatına görə, son vaxtlar ictimai yerdə- parkda, avtobusda, hətta metro keçidlərində belə siqaret çəkən şəxslərə tez tez rast gəlirik. Siqaretin çəkilməsinə qarşı məhdudiyyətlərin qoyulmaması necə deyərlər bu vərdişə sahib olan şəxslərin əl-qolunu açıb. Kim harada və necə gəldi siqaret çəkir. Siqaretə qarşı allergiyası olan, onun qoxusunu qəbul edə bilməyən şəxslər belə, onun çəkildiyi yerlərdə bu çətinliyə dözmək məcburiyyətindədir. Elə sosioloqlar da ictimai yerlərdə insanların bir-birinə qarşı hörmətlə davranmadığından narahatdı. Artıq qonşu ölkələrdə bu kimi problemlər nəzərə alınıb və öz həlli yollarını tapıb.
 
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, Türkiyədə müəyyən qanunlar əsasında ictimai yerlərdə siqaretin çəkilişi məhdudlaşdırılıb və qanunu pozanlara qarşı inzibati qaydada cərimələr tətbiq olunur. O bu məsələnin Azərbaycanda Milli Məclisin plenar iclasında bir neçə dəfə müzakirəyə çıxarılmaq istəsə də heç bir tədbir görülmədiyini dedi. Müsahibimin fikrincə insanlar arasında maarifləndirmə işi də ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını alan metodlardandır. Amma ən əsası isə cərimələrin tətbiqidir.
 
Elə həkimlər də siqaretin insan orqanizminə heç bir faydasının olmadığını, əksinə ağ ciyər və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olduğunu bildirir. Söhbət siqaretin təkibindəki 4 minə yaxın olan zəhərli maddədən gedir. 
 
Siqaret çəkən şəxslər özü ilə yanaşı ətrafdakı insanları da təhlükəyə atır. Uşaqların, xüsusən hamilə qadınların yanında isə siqaret çəkmək qadağandır. Şəhərdə apardığımız kiçik sorğu zamanı da həkimlərin bu xəbərdarlığından insanların məlumatlı olduğunu və ictimai yerlərdə siqaret çəkilməyin əleyhinə olduqlarını öyrəndik.
 
Odur ki özünzü və sevdiyiniz insanları düşünün. Bu gün cəmiyyətimizin sağlamlığının qeydinə qalaq ki, sabah sağlam mühitdən söhbət aça bilək.

Google+ WhatsApp ok.ru