İki rayonda zəlzələ olub

İki rayonda zəlzələ olub

Azərbaycanın Siyəsən və Bərdə rayonlarında  zəlzələ olub.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
 
Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib. 
 
İkinci zəlzələ isə  saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.
 
Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.
 

 

Google+ WhatsApp ok.ru