Kirmanda şəhid Süleymaninin dəfn mərasimi təxirə salınıb

Kirmanda şəhid Süleymaninin dəfn mərasimi təxirə salınıb

Kirmanda şəhid Süleymaninin dəfn mərasimi təxirə salınıb.
 
Maide.Az xəbər verir ki, bunu dəfn mərasiminin təşçkilatçı komitəsinins ədri Mehdi Sedqi deyib.
 
O bildirib ki,  dəfn mərasimində izdiham həddən artıq olduğu üçün mərasimdə iştirak edən şəxslərdən bir neçəsi həyatını itirib və  bir necəsi yaralanıb. 
 
"İzdiham o qədərdir ki, dəfn mümkin olmayıb, təxirə salınıb. Mərasim başqa vaxtda təşkil olunacaq."
 
Qeyd edək ki, ilkin məlumata görə, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 32 nəfər ölüb, 190 nəfər xəsarət alıb. 
 
Xatırladaq ki, ABŞ-ın törətdiyi terror nəticəsində şəhid olan Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlər Nəcəf və Kərbəla şəhərlərində müqəddəs hərəmləri dövr etdirildikdən sonra Xuzestan əyalətinə gətirilib, ardınca Məşhədə və oradan Tehrana aparılıb. Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətilə şəhidlərə cənazə namazı qılınıb.  Milyonların iştirakı ilə vida yürüşü təşkil edilib.  Dünən isə  şəhidlərin cənazələri  Qum şəhərində olub.  Xanım Məsumə (s) və Cəmkəran məscidinə aparılıb.  İslamın böyük alimləri və mərcəe-təqlidlərin və milyonların iştirakı ilə vida mərasimi keçirilib.

 

Google+ WhatsApp ok.ru