KİTABXANA :

TÖVHİD VƏ İLAHİ ƏDALƏT MÖVZUSUNDA SUALLAR VƏ CAVABLAR

TÖVHİD VƏ İLAHİ ƏDALƏT MÖVZUSUNDA SUALLAR VƏ CAVABLAR

Ümumiyyətlə, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və mə’lumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır.

İMAM SƏCCAD (Ə) HAQQINDA BİLMƏDİKLƏRİNİZ

İMAM SƏCCAD (Ə) HAQQINDA BİLMƏDİKLƏRİNİZ

İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq olar.

DUA

DUA

Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”

HƏR GÜN QURANLA

HƏR GÜN QURANLA

Quran və hədis dinin tanınması üçün iki dəyərli məxəz hesab olunur. Belə ki, – məşhur və mütəvatir “Səqəleyn” hədisinə görə, – bir-biri ilə sıx və ayrılmaz əlaqədədirlər. Məlumdur ki, parlaq dini maarifin yayılması Quranın vəhyə dayanan təlimləri olmadan və rəvayətlərdə mövcud olan dərin maarifi anlamadan mümkün deyil.

İmamın mənəvi və batini rəhbərliyi

İmamın mənəvi və batini rəhbərliyi

Pеyğəmbərin həyаtı və оnun əməlləri İslаmın əsаs prоqrаmlаrının düzgünlüyünün göstəricisidir. О, Islаm cəmiyyətinin siyаsi rəhbəri оlmаqlа yаnаşı həm də vəhy qаsidinin vаsitəsilə İslаmi hökm və qаnunlаrı Аllаh tərəfindən qəbul еdərək оnlаrı İslаm hökuməti çərçivəsində həyаtа kеçirirdi. Оnun hərəkəti cаmааt üçün qаnun, rəftаrı əхlаq örnəyi, göstərişləri düşünülmüş və möhkəm bir rəhbərlik оlmuşdur. О, təkcə cаmааtа nəsihət vеrməklə kifаyətlənmir, еyni zаmаndа düzgün ədаlət əsаsındа qurulmuş nümunəvi bir cəmiyyətin təşkil еdilməsi üçün də çох çаlışırdı. Çünki İslаm dini cəmiyyətin səаdətinin təmin оlunmаsındа оnun dünyəvi icrаsınа dа zаmindir. Bеlə dеyil ki, cəmiyyətin səаdətinə təхribаt məqsədilə zərər vurаn şəхslərin cəzаsı yаlnız ахirətə sахlаnılsın, əksinə еlə bu dünyаdа dа оnlаrа müəyyən оlunmuş cəzа tətbiq еdilməlidir. Dеməli hökumət və rəhbərlik Pеyğəmbərin prоqrаmının əsаsını təşkil еtmişdir.

Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar

Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar

«Namazı niyə tək qıldın?» Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi: Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım. Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi: Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.

İslamda ədəb qaydaları (1)

İslamda ədəb qaydaları (1)

İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.

Vilayət ayəsi

Vilayət ayəsi

Həzrət Əlinin (ə) vilayət və imamətinin "Maidə 55" ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Vilayəti-Fəqih

Vilayəti-Fəqih

«Vilayəti-Fəqih» kitabı imam Xomeyni həzrətlərinin 1389-cu il zilqədə ayının 13-dən zilhəccə ayının ikisinə Nəcəf şəhərində olarkən söylədiyi on üç nitqdən (məruzədən) ibarətdir. Bu məruzələr o illərdə müxtəlif surətdə, bəzən kamil və bəzən də bir-iki qısa məcmuə şəklində buraxılmışdır.

"Təthir" ayəsinin təfsiri

Qurani-Kərimdə "keçmiş ümmətlərin tarixi" ünvanı ilə bəyan edilən hadisələrdən aydın olur ki, həmin ümmətlərin xoşbəxt olmaları, yaxud fəlakətə düşmələri əqli və ya təbii səbəblərdən hesab olunan bir sıra amillər nəticəsində olmuşdur. Qurani-Kərim bəşəriyyət üçün gətirdiyi həyat proqramının ictimaiyyətdə icra olunmasını düzgün və əqləuyğun sənəd olmasını sübut edir.

Allahın varlığının isbatı

Allahın varlığının isbatı

Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman gətirmiş, Ona ibadət edib qəlbən məhəbbət bəsləmiş və Onunla qırılmaz rabitədə olmuşlar. Eləcə də bu dərin bağlılıqlarını bütün varlıqları ilə duyub hiss etmişlər.

İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü

İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü

Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu tarixi hadisənin böyük əhəmiyyətinə baxmayaraq, təəssüflər olsun ki, tarixçilər insaf və obyektivliklə bu hadisəni izah etməmişlər. Bu hadisə bəzən yarımçıq, bəzən isə tərsinə təsvir edilmişdi. Nəticədə bu tarixi hadisə detalları ilə aydın olmamış, həqiqəti tam ehtiva etmədən, qarışıq formada təsvir edilmişdir. Baş vermiş hadisələrin elmi araşdırılması üçün tədqiqatçı, ustad Yəhya Əbdulmuhsin Duxi əlini “yaranın” üzərinə qoymuşdur. Kitabda bəzi tarixi mətnləri, rəvayətləri toplamış, həqiqəti öz yerinə qoymaq üçün onları müfəssəl təhlil etmişdir.

Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib

Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib

Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırladığım tədqiqat və araşdırmaların bir hissəsidir. Müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istədim. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. Bu kitabı “Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib” adlandırdım. Allah-taaladan bu silsilə tədqiqatları nəşr etdirməkdə bizi müvəffəq etməsini diləyirəm.

Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti

Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti

Bu tədqiqat işimizdə Səqəleyn hədisi barədə fərqli fikirləri bir-bir nəzərdən keçirmiş və xüsusilə İbn Teymiyyənin iddialarını ən detallı şəkildə incələmişik. Biz çox sayda mənbələrlə "Səqəleyn" və "Xəlifəteyn" hədislərinin mövcudluğunu və etibarlılığını isbat etmiş, "Səhih Müslim"dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim etmişik. Biz bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırmış, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirmişik.

İMAM MEHDİ (ə.f)  HAQQINDA SUAL CAVAB

İMAM MEHDİ (ə.f) HAQQINDA SUAL CAVAB

“Vəd edilən Məhdi”yə inanmaq dünyanın bütün din-lərində və müxtəlif məzhəblərində, o cümlədən bütpərəstlik, yəhudilik, xristianlıq, zərdüştlük, İslam və s. inanclarda yer alıb və yer almaqdadır. Belə ki axırzamanda saleh bir şəxs zühur edəcək və bəşəriyyətin cinayət, xəyanət və ayrı-seçkiliklərinə son qoyacaq.