Kiyevdə metro qarşısında partlayış baş verdi

Kiyevdə metro qarşısında partlayış baş verdi

Ukrayna polisi paytaxt Kiyevdə Minskaya metro stansiyası yaxınlığında şübhəli obyekti zərərsizləşdirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kiyev Milli Polisinin saytında yerləşdirilib.
 
"Bu gün polisə paytaxtın Obolonsk rayonunda Minskaya metro stansiyasının qarşısında meydanın minalanması barədə məlumat daxil olub. Göstərilən ünvana dərhal Oblansk Polis İdarəsinin operativ qrupu, patrul polisi, partlayıcılar üzrə mütəxəssislər və xidməti itlərlə birgə kinoloqlar cəlb olunub", - deyə məlumatda bildirilir.
 
Məlumatda qeyd olunur ki, partlayıcılar üzrə mütəxəssislər ərazidə yoxlama apararkən köşklərdən birində şübhəli qutu aşkarlanıb: "Təhlükəsizlik məqsədilə qutu hadisə yerində zərərsizləşdirilib. Qalıqlar ekspertiza üçün götürülüb. Hadisə yerində hüquq mühafizə orqanları əməkdaşları işləyir".
 

Google+ WhatsApp ok.ru