Külək Xaçmazda ağacı avtomobilin üstünə aşırıb, ölən və yaralanan var

Bu gün səhər saatlarından əsməyə başlayan güclü külək Xaçmazda bir sra fəsadlar törədib. Xaçmaz -Xudat yolunun 20-ci kilometrliyində, Xaçmazın Əhmədoba kəndi ərazisindən keçən hissəsində güclü külək iri gövdəli ağacı "Moskviç" markalı avtomobilin üstünə aşırıb. Xudat istiqamətində hərəktdə olan avtomobildə xaçmaz rayon sakini 1962-ci il təvəllüdlü Aslan Ağasəlim oğlu Mahmudov dünyasını dəyişib, Rasim Məmmədsadiq oğlu Qasımov ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Dünyasını dəyişən A.Mahmudovun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Google+ WhatsApp ok.ru