Külək Bakıda fəsadlar törədib

Külək Bakıda fəsadlar törədib

Dekabrın 2-dən əsən külək nəticəsində paytaxtda 20-yə qədər ağac zərər görüb.
 
Maide.Az bildirir ki, bunu Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. «10-a qədər ağac kökündən qopub, daha 10-a qədər ağac isə küləyin təsirindən əyilib, bəziləri isə aşmaq həddinə çatıb. İki ağac isə iki avtomobilin üzərinə aşaraq onları əzib», - şöbə rəisi qeyd edib.
 
O.Məmmədovun deməsinə görə, ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi rayonlarında daha çox müşahidə olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 2-də Bakıda şimal küləyi əsib. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s-dək güclənib. Hazırda külək azalıb.
 

Google+ WhatsApp ok.ru