Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ 17 Fevral 2021 17:30 Hadisə Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb: "Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub". Teqlər : #Küləkli,#havaya,#görə,#Xəzərdə,#üzən,#gəmilərə,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VIDEO)
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB2