Kliniki Tibbi Mərkəzin baş həkimi Rentgen müayinəsi üçün xəstədən pul istənilməsi ilə bağlı məsələyə münasibət bildirib

Kliniki Tibbi Mərkəzdə Rentgen müayinəsi üçün xəstədən 10 manat məbləğində pul istəyən həkimlə bağlı məsələyə münasibət bildirib.
 
Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev APA-ya açıqlamasında deyib ki, bu hadisə təxminən 3 ay öncə olub. Onun sözlərinə görə, məlum videoda xəstədən pul istəyən şəxs həkim yox, texnikdir: “Belə ki, bu hadisə gecə saatlarında baş verib. 3 nəfər şəxs xəstəxanaya müraciət edib, onlar terapevtin yanına göndərilib. Terapevt isə rentgen etməyin lazım olduğunu deyərək onları gecə növbəsində olan texnikin yanına göndərib və orada pulsuz rentgen olunublar. Videodan da göründüyü kimi onlar axırda soruşurlar ki, borcumuz nədir?”
 
Baş həkim əlavə edib ki, sonradan aparılan araşdırma zamanı əsllində həmin insanların müayinə üçün gəlmədikləri məlum olub. Bunun bir kampaniya olduğunu deyən S.Əliyev vurğulayıb ki, onlar belə işlərlə məşğul olan 3 şəxsdir və  xəstəxanaları gəzərək belə videolar çəkirlər: “Həmin adamlar 3 ay öncə müxtəlif işlər üçün xəstəxanaya bir neçə dəfə gəliblər, müxtəlif şantajlar ediblər. Amma sonda görəndə ki, istəkləri baş tutmayıb bu videonu yayıblar. Yoxsa ki, bu video niyə 3 aydan sonra yayılsın?”
 
S.Əliyev qeyd edib ki, bu məsələyə və texnikin etdiklərinə bəraət qazandırmır. Onun sözlərinə görə, bu video yayılandan sonra həmin texnik rəhbərliyə çağırılıb: “Həmin texnik barəsində lazımi tədbir görülüb. Ona administrativ cəzalar verilib”.

Google+ WhatsApp ok.ru