İkmələddin İhsanoğlu Yəmənlə bağlı xəbərdarlıq etdi: “Bu nüfuz oyununda iştirak etməyin!”

İslam Əməkdaşlıq Şurasının sabiq rəhbəri İkmələddin Ehsanoğlu Yəmən hadisələri ilə bağlı açıqlama verib. O, baş verənlərin nüfuz qarşıdurması və Yəməni ələ keçirmək niyyəti olduğunu bildirib.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, İhsanoğlu ərəb ölkələrinin qərarından təəccübləndiyini deyib.  O, bunun Ərəb Ölkələri Liqasının tarixdə ilk dəfə baş verdiyini bildirib.
İslam Əməkdaşlıq Şurasının sabiq rəhbəri Yəməndə şiələr və sünnilər  arasındakı fərqin çox az olduğuna toxunaraq bu günə qədər bir-birlərinin məscidlərində namaz qıldıqlarını xatırladıb.
"Bu oyunda iştirak etmək olmaz. Bu məzhəbçilik odunu alovlandırmaq lazım deyil. Bizə də sıçraya bilər və bu çox pis nəticələrə gətirib çıxarar. Bu məsələdə çox diqqətli olmalıyıq"./
 

Google+ WhatsApp ok.ru