Koalisiya qüvvələri İraq hərbçilərinə atəş açıb, 22 nəfər həlak olub

Beynəlxalq koalisiya qüvvələri tərəfindən İraqın qərbində yerləşən əl-Ənbar əyalətini atəşə tutulmağı nəticəsində ən azı 22 ölkə hərbçisi ölüb. Koalisiya qüvvələri atəşin səhvən İraq hərbiçilərinə açıldığını bildirib. 
 
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə polisdəki mənbə məlumat verib.
 
Mənbənin sözlərinə əsasən, ABŞ tərəfindən başçılıq edilən koalisiya təyyarəsi ötən gün ər-Rəmadi şəhərinin ətrafında İraq ordusunun mənzil-qərargahını atəşə tutub.
 
Koalisiyanın hərbi nümayəndəsi polkovnik-leytenant Tomas Qilleran bildirib ki, təyyarə, həqiqətən, adıçəkilən rayonda hücum həyata keçirib, lakin onun hədəfi İŞİD terror qruplaşmasının mövqeləri olub.
 
İraq ordusundakı mənbədən bildirilib ki, İraq təyyarələri son iki ayda əl-Ənbar əyalətində hərbi tapşırıqlar yerinə yetirmir.
Qeyd edək ki, inkişaf etmiş texnologiyalara malik olan ABŞ və Koalisiya qüvvələri bundan öncədə bir neçə dəfə "səhvən" İŞİD terror qruplaşmasına silah yardımı edib və İraq ordusunun mövqelərini atəşə tutub. /

Google+ WhatsApp ok.ru