Kobani şəhəri süqut edir

Döyüşlər bir anda şəhərin mərkəzi küçələrinə doğru yönəlib

İŞİD silahlıları Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərinə daxil olublar. Məlumata görə, terrorçu qruplaşma üzvləri ilə kürd qüvvələri arasında gedən döyüşlər bir anda şəhərin mərkəzi küçələrinə doğru yönəlib.

Bir qədər əvvəl şəhərin tezliklə İŞİD qüvvələri qarşısında süquta uğrayacağı barədə xəbərdarlıq edilmişdi.

Artıq 3 həftəyə yaxındır ki, şəhər 3 tərəfdən mühasirəyə alınmışdı. Zorakılıqlarla əlaqədar şəhəri 160 mindən çox insan tərk edərək Türkiyəyə sığınıb. ans /

Google+ WhatsApp ok.ru