Kofi Annan Myamnarda müsəlmanların yaşadığı bölgələrə səfər edib

Kofi Annan Myamnarda müsəlmanların yaşadığı bölgələrə səfər edib

Myanmarda insan haqlarının pozulması hallarını araşdıracaq komissiyanın sədri, BMT-nin sabiq baş katibi Kofi Annan Myanmarda zorakılıqlara məruz qalmış Raxin bölgəsinə səfər edib. 
 
Maide.Az xəbər verir ki, K.Annan ötən gün Raxinin mərkəzi Sittewe səfər edib, oradan da Raxinin şimal bögləsinə səfər edəcək. Raxinin şimal bölgəsi hərbiçilərin güclü nəzarəti altındadır.  
 
Kofi Annan həmçinin Myanmar başçısı Aung San Su Çi ilə Raxində müsəlmanlara qarşı baş verən cinayətlər və bu problemlərin həlli istiqamətində görüləcək işlər haqqında müzakirə aparacaq. 
 
Rohingiya bölgəsində müsəlmanların durumu çox ağırdır. Myanmar əsgərləri müsəlmanların kəndlərini yandırır, qadınlara hörmətsizlik edir və bölgədə müsəlmanlara qarşı vəhşiliyi davam etdirirlər.
 
Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.

 

Google+ WhatsApp ok.ru