Kolumbiyanın 800 müharibə veteranı Səud rejiminin Yəməndəki koalisiyasına qoşulub

Kolumbiyalı qüvvələr Yəmənə hücum edən Koalisiya qüvvələrinə qoşulmaq üçün bu ölkənin Ədən şəhərinə daxil olublar.
Maide.az-ın məlumatına görə, Kolumbiya xəbər saytı  “Ərəb xülyası: Kolumbiyalılar Yəmən müharibəsində iştirak edir” başlıqlı yazı dərc edib.
Xəbərdə bildirilir ki, kolumbiyalı əsgərlər BƏƏ qüvvələrinin tərkibində və Səudiyyə hərbçilərinin formasında Yəməndə vuruşurlar.
Məlumatda həmçinin qeyd edilir ki, bu qüvvələr şəhərdə və səhrada mübarizə aparmaq, həbri və təhlükəsizlik bazalarını izləmək və hücum etmək, və Yəmənin paytaxtı Səna şəhərini Ənsarullah qruplaşmasından  almaq məqsədilə kəşfiyyat əməliyyatları aparmaq üçün təlim keçiblər.
Eyni zamanda, Kolumbiyanın ehtiyatda olan generallarından biri Viter Çaderlu deyib ki, Yəmən bizim Kolumbiyada tanıdığımızla tamamilə fərqlidir.
O həmçinin ifşa edib ki, ön cəbhədə döyüşən muzdlulara aldıqları məvacibdən əlavə, həftəlik əlavə 1000 dollar və üstəlik BƏƏ vətəndaşlığı da verilir.  
Daha əvvəl də KİV-lər tərəfindən BƏƏ və Blackwater şirkəti ilə razılıq əldə olunduğu haqda xəbərlər yayılmışdı./
 

Google+ WhatsApp ok.ru