Komandir: `Ermənilər 10 günə geri çəkilərlər`

Ağdam Şəhidlər xiyabanında anılıb

Bu gün Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 21 il ötür. Rayon Bakıda Şəhidlər Xiyabanında anılıb. “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi, Ağdam rayon İcra Hakimiyyəti, keçmiş döyüşçülər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Onlarla insan şəhidlərin xatirəsi yad edilib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub. 
 
Xanəndə Arif Babayev ANS-ə açıqlamasında Ağdamın işğalından danışıb: “Bu gün biz bura gəlib dərdimizi bölüşürük. Biz Qarabağa gedəcəyik. Mən inanıram ki, bir gün biz torpaqlarımızı geri qaytaracağıq. Bizim elə qəhrəmanlarımız var ki, onlar hər zaman vətən yolunda canlarını verməyə hazırdılar. Mənim artıq 76 yaşım var. Bu dərdi mən həmişə çəkirəm. Yuxularımda belə Ağdama getdiyimi görürəm. Bu mənim üçün böyük bir misgildir. Sağ ikən o torpaqları görmək istəyirəm”.
 
Ağdamın işğalı zamanı Şıxobalı rotasında döyüşən komandir Quliyev Xəlil Musa oğlu da torpaqlarımızın işğaldan xilas ediləcəyinə inandığını deyib. O, açıqlamasında bunu deyib. 
 
“20 ildir deyirik ki, münaqişə dinc yolla həll edilsin. Amma bunun da sonu var. Ali baş komandanımız müharibə əmri verən biz könünllülər də gedib torpaqlarımızı azad etməyə hazırıq. Bu bəlanı bu zülmü gələcək nəsillərə ötürmək olmaz. Bu bizim nəslin taleyinə yazılıb. Bu yük gələcək nəsillərə qalsa torpaq bizi qəbul etməz". 
 
Komandirin sözlərinə görə, düzgün təşkil edilən müharibə ilə ermənilər 10 gün belə orada qala bilməzlər və geri çəkiləcəklər. 

Google+ WhatsApp ok.ru