Komi Respublikası Uxta şəhərində İmam Hüseyn (ə) –a əzadarlıq - FOTO

Məhərrəm ayının başlaması ilə əlaqədar dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşanır. Rusiya Federasiyası Komi Respublikasında  (Moskvanın 1900 kilomet şimalda yerləşən)  Uxta şəhərində də Əhli-beyt (ə) sevərlər  İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimlərini keçirir.
Maide.az-ın məlumatına görə, Uxta şəhərində yerli əhali ilə yanaşıTatar, Özbək və Azərbaycandan olan müsəlmanlar da məskunlaşıb. 1000 –dən çox şiə və Əhli – Beyt (ə) aşiqi bu şəhərdə yaşayır.  2007-ci ildən hər il Məhərrəm ayının ilk günündən Əhli-Beyt (ə) aşiqləri əzadarlıq məclisləri təşkil edirlər. Onlar şəhərin bazarında yerləşən restoranların birini Məhərrəm ayının ilk günündən əzadarlıq üçün ayırır və hər gün axşam namazından sonra orada İmam Hüseyn (ə) –a əzadarlıq edirlər. İlahiyyatçı Alim Hacı Namiq Abışov İmam Hüseyn (ə) və onun şücaətli silahdaşlarının Kərbəladakı şücaətlərindən danışır. Aşura və onun dərsləri və ibrətləri haqda söz açır.  Mərsiyyələr və novhələr oxunur. Məclisin sonunda ehsan süfrəsi açılır. 
Qeyd edək ki, gün ərzində həmçinin uşaqlar və Quran sevərlər üçün  Quran dərsləri (təcvid və tərtil dərsləri) təşkil olunur. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru