Komissiya: Böyük Qayıdış yürüşünün ildönümündə Qəzzada milyonluq aksiya olacaq

Komissiya: Böyük Qayıdış yürüşünün ildönümündə Qəzzada milyonluq aksiya olacaq

Martın 30-da Böyük Qayıdış yürüşlərinin birinci ildönümü ilə əlaqədar bütün qəzzalılar milyonluq etiraz yürüşünə çıxmağa çağırılıb.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, Böyük Qayıdış yürüşləri üzrə Fələstin Milli Komissiyası martın 30-na planlaşdırılan ildönümü yürüşünün əsas şüarını "Milyonlar vətən və geri qayıdış hüququ uğrunda" adlandırıb.
 
"Biz xalqımıza müraciət edərək torpaq gününü qeyd etməyə çağırırıq, qayıdış yürüşlərinə ən böyük dəstəklərini verməyə səsləyirik", - deyə komissiyanın müraciətində deyilir. Qəzza əhalisi, eləcə də İordan çayının qərb sahili, Qüds və işğal edilmiş digər bölgələrda yaşayan fələstinlilər həmin gün irimiqyaslı yürüşə dəvət edilib.
 
Əqsa məscidindəki son hadisələrə toxunan komissiya Bab əl-Rəhmət namazxanasının azad edilməsi uğrunda mübarizə aparanları alqışlayıb və Qüdsdəki etirazları müdafiənin ön xətti adlandırıb.
 
Bildirək ki, Böyük Qayıdış yürüşləri 2018-ci ilin 30 mart tarixindən etibarən hər cümə günü keçirilir. Kütləvi etiraz nümayişlərinin məqsədi fələstinli qaçqınların 1948-ci ildə işğal edilmiş torpaqlarına geri qayıtmaq və 12 ildən çoxdur davam etməkdə olan blokadaya son qoymaqdır. Bugünədək bu yürüşlərdə işğalçı İsrail ordusunun silahlı hücumları nəticəsində azı 260 nəfər öldürülüb, 27 min nəfər yaralanıb.
 

Google+ WhatsApp ok.ru