Komissiya sədri: “Ana südü ilə qidalanan körpələrin immuniteti güclü olur”

Komissiya sədri: “Ana südü ilə qidalanan körpələrin immuniteti güclü olur”

“Dünyada ana ölümlərinin yarısı əsasən erkən zahılıq dövründə baş verir. Lakin körpələrin ana südü ilə qidalandırılması uşaqlığın düzgün qurulmasının, qanaxmanın qarşısını alır, ananın xəstələnmə əmsalını aşağı salır”.
 
APA-nın xəbərinə görə, bunu Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova “Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair” seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalanması həm ananın, həm də körpəsinin gələcək həyatı üçün çox vacibdir. Körpənin doğuşdan sonra ilkin olaraq ana südü ilə qidalandırılmalı olduğunu deyən S.Məmmədova qeyd edib ki, ilk qəbul edilən süd sağlam gələcəyin təməlini qoyur:
“Ana südü ilə qidalanma çox vacibdir. Körpəyə bir-iki il ərzində südün verilməsi süd vəzi xərçənginin qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir. Ana südü ilə qidalanan körpənin sümüyü möhkəm, immuniteti güclü, gələcəyi parlaq olur. Körpələrin ana südü ilə qidalanmasında ailənin də böyük rolu var.  Ananın 2-3 saatdan bir körpəsinə süd verməsinə şərait yaratmaq lazımdır”. /

Google+ WhatsApp ok.ru