Komitə sədri: “İslamofobiya ilə zərərli cərəyanlara qarşı mübarizə qarışdırılmamalıdır”

“Bu yaxınlarda keçirilən sorğununun nəticələrinə əsasən, Azərbaycanda əhalinin cəmi 35 faizi özünü dindar hesab edir, yalnız 5 faiz dini ayinləri həyata keçirdiyini bildirib”.
 
APA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə  “Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib. 
 
M. Qurbanlı bildirib ki, dini baxışların zorla qəbul etdirilməsinə yol vermək olmaz və Azərbaycan Konstitusiyası bu sahədə vətəndaşların hüquqlarını qoruyur. Dövlət Komitəsinin sədri islamofobiya ilə zərərli cərəyanlara qarşı mübarizənin qarışdırılmamasının zəruriliyini önə çəkib: “Biz islamofobiya ilə mübarizə aparmalıyıq. Bəzən hansısa Avropa ölkəsində bir aksiya keçirilir, bunu islamofobiya kimi qəbul edirik. Araşdıranda, məlum olur ki, o aksiyada hətta o ölkədəki məscidin xadimi də iştirak və çıxış edib. Yəni söhbət islam dininə qarşı aksiyadan yox, islam adı altında radikal baxış və əməllərə qarşı olmaqdan söhbət gedib. Biz də bu kimi meyllərə qarşı olmalıyıq. Həm də nəzərə almalıyıq ki, islam dini ilə bağlı ən mötəbər araşdırma mərkəzləri elə ABŞ və Avropada yerləşir. O mərkəzlər də islam dinində hansısa məqamlardan istifadə etməyi daha yaxşı bilir”.

Google+ WhatsApp ok.ru