Komitə sədri: Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq

Komitə sədri: Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq


Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: “Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”.

Komitə sədri bildirib ki, müntəzəm olaraq 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir.

Google+ WhatsApp ok.ru