Komitə sədri: '343 min məcburi köçkün ağır şəraitdə yaşayır'

Komitə sədri: '343 min məcburi köçkün ağır şəraitdə yaşayır'

-- FHN 4 min ailənin yaşadığı binalarda yaşamağın mümkün olmadığına dair rəy verib

«Bu gün hələ 343 min məcburi köçkün ağır şəraitdə yaşayır, onların da yeni mənzillərə köçürülməsinə ehtiyac var».
 
Maide.Az bildirir ki, bunu APA-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib:
 
«Həmin məcburi köçkünlərin bir hissəsi Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayır. Ona görə də Birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq qəzalı binalardakı məcburi köçkünlərin köçürülməsindən başladı».
 
 Ə.Həsənov Bakıda 11 min məcburi köçkün ailəsinin 117 qəzalı binada yaşadığını deyib. Komitə sədri əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi 4 min ailənin yaşadığı belə binalarda yaşamağın mümkün olmadığına dair rəy verib:
 
«Bu 4 minin köçürülməsindən sonra digər 7 min ailənin də köçürülməsi prosesinə başlanacaq». 

Google+ WhatsApp ok.ru