Kondaliza Rays ABŞ-ın 2003-cü ildə İraqa etdikləri hücumun əsl məqsədini açıqlayıb

Kondaliza Rays ABŞ-ın 2003-cü ildə İraqa etdikləri hücumun əsl məqsədini açıqlayıb

ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsinin həqiqi məqsədi ölkədə demokratiyanın bərqərar olması deyil, Səddam Hüseynin devrilməsi idi.
 
Bunu 2001-ci ildən 2005-ci ilə qədər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri postunu tutmuş sabiq dövlət katibi Kondoliza Rays bildirib.
 
"Biz İraqa demokratiya gətirmək üçün getmədik. Biz İraqa Səddam Hüseyni devirmək üçün getdik...Bu, təhlükəsizlik problemi idi", deyə Rays, Vaşinqtonda Brukinqs İnstitutunda çıxış edərkən bəyan edib.
 
O əlavə edib ki, ABŞ, demokratik rejimi qəbul etdirmək üçün nə 2003-ci ildə İraqda,  2001-ci ildə Əfqanıstanda hərbi qüvvə tətbiq etməyə hazırlaşmırdı. "Mən prezident Buşa İraqda və Əfqanıstanda demokratiya bərqərar etmək üçün güc tətbiq etməyi heç vaxt məsləhət görməzdim", Rays bildirib.
 
Rays oğul Corc Buşun hər iki idarəetmə sistemində işləyib: O, 2005-2009-cu illərdə ABŞ-ın dövlət katibi, 2001-ci ildən 2005-ci ilədək dövrdə prezidentin milli təhlükəsizlik üzrə müşaviri postunu tutub. (islaminsesi) /

Google+ WhatsApp ok.ru