Konqoda torpaq sürüşməsi baş verib, çox sayda ölənlər var

Konqoda torpaq sürüşməsi baş verib, çox sayda ölənlər var

Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nəticəsində 200 nəfərin öldüyü ehtimal edilir.
 
Bunu İturu əyalətinin qubernatoru Pasifik Keta bəyan edib.
 
“Bir çox insanları xilas edə bilmədik. Torpaq sürüşməsinin dağlıq ərazidə baş verməsi, axtarış-xilasedici tədbirlərin həyata keçirilməsini çətinləşdirir”, deyə qubernator bildirib.
 
Qeyd edək ki, Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb. (apa) /

Google+ WhatsApp ok.ru