Konqoda 1 ildə 1506 nəfər ‘Ebola’ virusundan ölüb

Konqoda 1 ildə 1506 nəfər ‘Ebola’ virusundan ölüb

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulundan bu günə kimi "Ebola" virusundan ölənlərin sayı 1,5 min nəfəri ötüb. 

 Məlumata əsasən, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

 Nazirliyin iyunun 23-ə olan məlumatına görə, ölkədə 2239 virusa yoluxma qeydə alınıb. Daha 94 nəfərin bu virusa yoluxduğu ehtimal olunur.   

Qeyd edilir ki, onlardan 2145 nəfərində xəstəliyin əlamətləri təsdiqlənib.

Ölkədə "Ebola"dan 1506 nəfər ölüb. Digər 621 nəfər müalicə edilərək sağalıb.   

Daha əvvəl bildirilirdi ki, Konqoda "Ebola" virusuna yoluxanların sayı 2008 nəfərə çatıb. /Report /

Google+ WhatsApp ok.ru