Konqoda etnik qarşıdurma; 45 ölü, 60 yaralı

Konqoda etnik qarşıdurma; 45 ölü, 60 yaralı

Konqo Demokratik Respublikasının (KDR) qərbində iki etnik qrup arasındakı qarşıdurmada azı 45 nəfər ölüb.

16 dekabrdan bu yana Mai-Ndombe şəhərində Banunu və Batende qəbilələri arasında toqquşmalar baş verir.

Banunu qəbiləsi nümayəndələrinin Batende ərazilərində basdırılmış rəhbərlərinin qalıqlarını götürmək istəməsindən sonra meydana gələn qarşıdurmada 45 adam ölüb, 60 adam yaralanıb.

Qarşıdurmalar səbəbindən yüzlərlə adam meşəyə qaçıb, aralarında yaralıların da olduğu azı 4 min nəfər KDR-li Konqo çayını keçərək, qonşu Konqo Xalq Respublikasına sığınıb.

Ordu qüvvələrinin bölgəyə cəlb edilməsindən sonra qarşıdurmaların dayandığı bildirilir.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru