Konqresmen İlhan Omar: ‘Tramp bir faşistdir’

Konqresmen İlhan Omar: ‘Tramp bir faşistdir’

 
ABŞ Konqresinin ilk hicablı müsəlman üzvü İlhan Omar Kapitolidə jurnalistlərə verdiyi açıqlamasında prezident Donald Trampı “faşist” adlandırıb.
 
Maide.Az “deyerler.org”a istinadən xəbər verir ki, İlhan Omar Trampın Şimali Karolina ştatının Qrinvil şəhərində təşkil etdiyi seçki mitinqində tərəfdarlarının “Onu geri göndər” şüarını səsləndirməsinə belə reaksiya verib: “Mən hesab edirəm ki, Tramp faşistdir. İnsanlara xatırlatmaq istəyirəm ki, bu nə varsa, prezident və onun tərəfdarlarının ölkəmizi demokratik debatlar və fikir müxtəlifliyinə qarşı ölkəmizi gətirmişdir. Belə ki, mövzu mən deyiləm, mövzu bizim ölkəmizi necə görmək istədiyimiz uğrunda apardığımız mübarizədir”.
 
Xatırladaq ki, Tramp Əl-Qaidə tərəfdarı kimi söz etdiyi Omara qarşı izdihamdan şüarlar yüksəldiyi vaxt 11 saniyə səssiz qalaraq cəmiyyətə icazə vermişdi.
 
Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında, belə demişdi: “Bundan məmnun olmadığımı deyə bilərəm. Bununla razı deyiləm, lakin onlara bunu etmələrini mən deməmişəm, onlar özləri edib və mən də buna qoşulmadım”.
 
Tramp iyulun 16-sı keçirdiyi mitinqdə tərəfdarlarına Somali əsilli Konqres üzvü İlhan Omarın da olduğu dörd Demokrat Konqres üzvünü hədəfə almağa davam etmişdi.
 

Google+ WhatsApp ok.ru