Kor bağırsağın sirri çözüldü 21 May 2019 08:25 Sağlamlıq Keyz Qərb Universitetinin və "Klivlend Universitet Klinikası" Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Maide.Az Sputnik-ə istinadla xəbər verir ki, tədqiqatçılar Parkinson xəstəsi olan 62 milyon insanın xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, kor bağırsağın kəsilib çıxarılması proseduruna məruz qalan şəxslər arasında Parkinsona 3 dəfə çox rast gəlinib. Alimlər kor bağırsağı kəsilmiş 488 min pasientə Parkinson xəstəliyi diaqnozu qoyublar. 4,7 min adam kor bağırsaq əməliyyatından sonra Parkinsona tutulduğunu deyib. Tədqiqatçılar o qənaətə gəliblər ki, kor bağırsağı kəsilməyən şəxslərdə Parkinson xəstəliyinin əmələ gəlmə riski 0,29%-dir. Lakin kor bağırsağını kəsdirmiş şəxslərdə bu risk 0,92% artır. Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət pozğunluğu ilə müşayiət olunan mərkəzi sinir sistemi xəstəliyidir. Bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Xarakterik xüsusiyyətləri hərəkətin ləngliyi, əsmə, refleks pozğunluğudur. Bu xəstəliyə insanlar əksər hallarda 57 yaşından sonra tutulur. Təhlükəli xəstəliklər qrupuna aiddir. Teqlər : #Kor,#bağırsağın,#sirri,#çözüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təzə alçaları uşaqlara vermək olarmı? - HƏKİM MƏSLƏHƏTİ Gecə növbəsində iş ömrün 6 il qısalmasına səbəb olur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir