Koreyada ölən ABŞ əskərlərinin cənazə qalıqları 65 il sonra geri qaytarılacaq

Koreyada ölən ABŞ əskərlərinin cənazə qalıqları 65 il sonra geri qaytarılacaq

Koreya müharibəsində ölən 5300 nəfər ABŞ əskərinə aid olan cənazə qalıqları yaxın zamanda geri qaytarılacaq.
 
Maide.Az "trthaber"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong arasında ötən ay Sinqapurda baş tutan zirvə görüşündən sonra, Koreya müharibəsində ölən əskərlərin cənazələrinin geri veriləcəyi açıqlandı.
 
ABŞ Xarici İşlər Naziri Mike Pompeo, ABŞ əskərlərinə aid cənazə sümüklərinin bir neçə həftə içində təhvil veriləcəyini bildirdi.
 
1950-53-cü ilərdə Şimali Koreya və Cənubi Koreya arasında yaranan daxili müharibə, öncə ABŞ və müttəfiqlərinin, daha sonra isə Çin Xalq Cümhuriyyətinin qatılmasıyla beynəlxalq vəziyyət almışdı.
 
Müharibədən sonra razılıq əldə edilmədiyi üçün minlərlə əskərin cənazəsi Koreya Demokrotik Xalq Cümhuriyyəti ərazində qalmışdı.

Google+ WhatsApp ok.ru