Koreyanın raketi 330 sərnişini olan təyyarənin yanından keçib

Koreyanın raketi 330 sərnişini olan təyyarənin yanından keçib

Şimali Koreyanın son atdığı raket "Air France" sərnişin təyyarəsindən 100 kilometr aralıdan keçib.
 
"Air France" havada olarkən Şimali Koreyanın ballistik raketi 100 kilometrə qədər təyyarəyə yaxınlaşıb.
 
ABŞ və Yaponiya rəsmilərinin məlumatına görə, "Boinq 777" Hokkaidonun qərbində olarkən, Şimali Koreyanın raketi havada olub. Raket 330 sərnişini olan təyyarənin 10 dəqiqə əvvəl yerləşdiyi sahəyə düşüb.
 
"Air France"dən verilən açıqlamada isə raketin təyyarənin marşrutu ilə kəsişmədiyi və sözügedən uçuşda bir problem olmadığı qeyd edilib. (axar.az) /
 

Google+ WhatsApp ok.ru