Korlar üçün beynəlxalq Quran yarışı keçiriləcək

Korlar üçün beynəlxalq Quran yarışı keçiriləcək

Korlar üçün beynəlxalq Qurani-Kərim yarışlarının 4-cü turu gələn ilin yaz aylarında İran İslam Respublikasında keçiriləcək.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, İran İslam Respublikasının “Əlillərin Dövlət Sosial Müdafiəsi Təşkilatı” (Sazimane Behzistiye İran) bu yarışlarda iştirak etmək üçün lazım olan şərtləri açıqlayıb.
 
Bu yarışlarda iştirak etmək istəyənlər 2019-cu ilin Yanvar ayının 21-dək yarışlarda iştirak etmək üçün lazım olan sənədləri yarışın keçirilməsi üzrə komitəyə təqdim etməlidir. 
 
Yarışda dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılacaq.
 
Yarışın keçirilməsindən məqsəd : 
 
1). İslam dünyasının gözdən əlilləri arasında vəhdət yaradılması, əlaqələrin möhkəmləndirilməsi, onların problemlərinin həllində yardımçı olmaq.
 
2). Parlaq istedadlı Quran hafizləri arasında elm və mədəni əməkdaşlığı inkişaf etdirmək;
 
3). Quran maarifi və İslam əxlaqı sahəsində mədəni maarifçiliyin yayılması;
 
4). Quran fəaliyyətləri sahəsində təşviq, həvəsləndirmə, inkişaf və Quranı öyrənməyə meyilləndirmək;
 
5). İslam dünyası gənclərinin müxtəlif ölkələrin milli və mədəni irsi ilə tanış etmək.
 
Yarışın şərtləri:
 
1). Yarış Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə kişilər arasında keçiriləcək.
 
2). Yarışda 18 yaşından 45 yaşınadək kişilər iştirak edə bilər.
 
3). Hər iştirakçı təkcə bir ixtisas üzrə (hifz, ya qiraət) yarışa bilər.
 
4). İştirakçı tərəfindən elan edilən ilkin ixtisas sonradan dəyişilməyəcək.
 
5). İşritakçıları bir nəfər müşaiyət edə bilər.
 
6). Hər ölkə təkcə öz vətəndaşını yarışa göndərə bilər. 
 
7). Yarışa yazılmaq üçün iştirakçı pasportunun (kimliyini göstərən məlumatlar qeyd edilmiş) birinci səhifəsini və telefon nömrəsini təqdim etməlidir.
 
8). Keçən turlarda 1, 2 və 3-cü yerləri tutmuş iştirakçılar növbəti yarışlara qatıla bilməzlər.
 
9). İştirakçının və onu müşayət edən bir nəfərin hotel, viza və yol xərcləri yarışı keçirən təşkilatın öhdəsinədir. İştirakçının öz ölkəsindəki digər xərcləri bura daxil deyil.   
 
10). Bu yarışda iştirak etmək istəyənlər 2019-cu ilin Yanvar ayının 21-dək lazım olan sənədləri yarışın keçirilməsi üzrə komitəsiyə təqdim etməlidir.
 
11). Yarışda iştirak etmək istəyənlər sınaq imtahanları verəcəklər. Belə ki, Qurani-Kərimin peşəkar qiraəti ixtisası üzrə yarışa qatılmaq istəyənlər Qurani-Kərimin Zümər surəsinin ilk beş ayəsini oxuyaraq audio və ya video formatında yazmalı və yarış üzrə  komitəsiyə təqdim etməlidir. 
 
İştirakçı həmin audio və ya videonu göstərilən e-mailə ([email protected]) göndərməli və ya iştirakçının yaşadığı ölkədə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinə təqdim etməlidir.
 
12). Göndərilən bütün fayıllar beynəlxalq dərəcəli hakimlər tərəfindən yoxlanıldıqdan sonra yarışlara qatılmaq üçün nəticələr elan ediləcək.
 
13). Qurani-Kərimin hifzi üzrə yarışlara qatılmaq istəyənlər sənədlərini təqdim edərkən onlara elan ediləcək vaxtda canlı yayımla sınaq imtahanlarına qoşulacaqlar. Təyin edilən vaxtda sınaqda iştirak etməyənlər yarışlarda iştirak etmək şansını itirəcək.
 
14). Yarışda digər milli və ya beynəlxalq yarışların ilk yerlərinin qalibləri, Qurani-Kərimin düzgün oxunuşunu (təcvid, tərtil, sout, ləhn) bacaranlar, hakimlər heyətinin sualına tez və sürətli cavab verə bilənlər iştirak edə biləcəklər.  
 
15). Yarışda iştirak etmək isəyənlər onlarda yarışa qatılmaq üçün lazım olan şərtlərin olduğunu təsdiq edən mötəbər şəhadətnamə təqdim etməlidir.
 

Google+ WhatsApp ok.ru