`Koroğlu`dakı avtobus dayanacağı ləğv edilir

`Koroğlu`dakı avtobus dayanacağı ləğv edilir

-- hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb

Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb.
 
Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb:
 
“Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edirik”. M.Ağayev qeyd edib ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-dən ləvğ ediləcək.
 

 

Google+ WhatsApp ok.ru