Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu

Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim  Zəkzakinin həyat yoldaşı  xanım Malama Zeenah İbrahim Zəkzakinin koronavirusa yoluxması və  Nigeriya hökumətinin onu xəstəxanaya yerləşdirməməsi  Şeyx Zəkzaki tərəfdarlarının etirazına səbəb olub. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  bu barədə Şeyx Zəkzakinin oğlu Məhəmməd Zəkzaki xəbər verib. 
 
Anasının durumu ilə bağlı bəyanat yayan Məhəmməd Zəkzaki valideynələrinin  durumu ilə bağlı  fəryad etməyə məcbur olduğunu qeyd edib. 
 
"6 gündən çoxdur ki, anamın  koronavirusa yoluxmasına dair  analizlər müsbət çıxıb.  Anam xanım Zeenah İbrahim Zəkzaki təcili xəstəxanaya yerləşdirilməlidir.  İndiyədək bu baş verməyib.  Anamı müayinə edən həkimlər də incidilir.  Mənim fəryad etməkdən başqa çarəm yoxdur." 
 
Anam illərdir diz oynağında ağrılar və sancılarla müşaiyyət olunan ikitərəfli osteoartrit xəstəliyindən əziyyət çəkir deyən Məhəmməd Zəkzaki  bildirib ki, Həkimlərin həbsxanada anamı müalicə etməsinə şərait yaradılmadı, anamı təchiz olunmuş  xəstəxanaya köçürülməsi üçündə  hələlik heç bir addım atılmayıb.  "Atamın da bu virusa yoluxma ehtimalı var.  Bunun üçün tələb edirəm anamı təcili koronavirus xəstələrinə uyğun müalicə şəriatli  xəstəxanaya yerləşdirilsin.  Bu virus zarafat deyil və  möcüzə ilə aradan getmir. müalicə olunmalıdır."  

Google+ WhatsApp ok.ru