Korrupsionerlər edam ediləcək - Qanun

Tailandda korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadiyyatına xələl vurmaqda günahlandırılan şəxslərin edam olunması barədə qanunda dəyişiklik edilib.
 
Bu barədə Tailand Milli Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvü Viç Mahakun açıqlama verib.
 
Onun sözlərinə görə, əvvəlki qanunlarda da edam cəzası olub, amma şərtləri çox ağır olduğundan indiyə qədər heç kəsə edam cəzası verilməyib.
 
Artıq yeni tənzimləmə ilə adı korrpsiya məsələlərində hallanan hər bir idarəçiyə edam cəzası veriləcək. axar /

Google+ WhatsApp ok.ru