Korrupsiya aradan qalxmadıqca...

Korrupsiya aradan qalxmadıqca...

"Novoye Vremya" qəzetində isə "Cəmiyyət səs-küylü antikorrupsiya ifşaları gözləyir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə korrupsiyaya qarşı mübarziənin vəziyyətini müzakirə müstəvisinə daşıyır.
 
Məqalə müəllifi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin illik hesabatlarında korrupsiyaya, rüşvətə qarşı mübarizə göstəricilərinin əksini tapdığını deyir.
 
Müəllif iddia edir ki, korrupsiya bütün dövlət orqanlarında kök salıb, odur ki, korrpusiyanın kökünü kəsmədən rüşvəti aradan qaldırmaq mümkün olmayacaq. "Amma yenə təkrar edək ki, rüşvətxorluq və korrupsiya ayrı-ayrı anlayışlardır. Korrupsiyaya qarşı mübarizədə real uğura nail olmayana kimi rüşvətin və fırıldaqçılığın sonuna çıxmaq mümkün olmayacaq. Bizdə isə korrupsiya sistemli şəkildədir, belə korrupsiya dövlət təhlüksilziyinə birbaşa həddədir. Odur ki, korrupsiyaya qarşı minimal mübarizə fonunda rüşvətə qarşı mübarizə, demək olar ki, mənasızdır, rüşvət onsuz da yenə "çiçəklənəcək".
 
Müəllifə görə, İdarə korrupsiyaya qarşı mübarizəni "yuxarı"dan başlamalıdır, amma antikorrupsiya xidmətləri yüksək vəzifəli korrupsionerlərə qarşı mübarizəni ancaq onlar vəzifədən çıxarıldıqdan sonra başlayır.
 
Müəllif deyir ki, ölkədə kimin korrupsiya ilə məşğul olduğu aydın məsələdir: "Azərbaycan kiçik ölkədir, hətta sadə vətəndaşlar belə 100 milyonlarla dəyəri olan təmtəraqlı villalara istər ölkə içində, istər xaricdə kimlərin sahib olduqlarını bilir. Onlar bu pulları haradan əldə ediblər, bu da hamıya məlumdur, yəni, Baş İdarə bunu görmür?"
 
Müəllif vaxtilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində ifşa edilmiş korrupsiya halları ilə məhududlaşmağı əsassız sayır.
 
Yazı müəllifinin iddiasına görə, icra, qanunverici, bələdiyyə orqanlarında pul içində "üzən" bir çox məmurlar var ki, İdarə onların gəlir mənbələrilə maraqlanmalıdır: "Bu məsələdə qadağa zonası olmamalıdır, əgər bizim ölkədə hamı qanun önündə bərabərdirsə... nə keçmiş xidmətlər, nə yuxarılarla qohumluq əlaqələri heç kimi korrupsiayaya görə məsuliyyətdən azad etmir, Korrupsiyaya qarşı mübarizədə "seçicilik" əslində korrupsiyanın genişlənməsindən başqa bir şey deyil".
 
Müəllif deyir ki, Azərbaycan ictimaiyyəti ölkə iqtisadiyyatının problemlərinə, dövlət büdcəsində 10 milyonlarla çatışmazlığa səbəb olan korrupsiya "akula"larının ifşasını gözləyir, bu mənada yuxarıdan komanda və vətəndaşdan şikayət gözləmək məcburi deyil, antikorrupsiya strukturları özləri təşəbbüs göstərməlidir və bu təşəbbüs cəmiyyətdən dəstək qazanacaq.
 

Google+ WhatsApp ok.ru