Korrupsiya və Azadlıq

Korrupsiya və Azadlıq

"Novoye Vremya" qəzetində "Korrupsionerlər azadlığı milyona alırlar?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, hazırda Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçmiş vəzifəli şəxslərinin mühakiməsi davam edir. Onlar dövlətə küllü miqdarda ziyan vurmaqda ittiham edilirlər. Həmin ziyanın bir hissəsinin ödənildiyi bildirilir.
 
Müəllif vurğulayır ki, sovrulan pulların bir hissəsini dövlətə qaytarmaqda məqsəd azadlığa çıxmaqdır:
"Söhbət milyonlardan gedir. Aydındır ki, böhrandır, dövlət xəzinəsində pul çatışmır. Belə halda milyonların bir hissəsini qaytarmağa razılaşırlar. Amma müxtəlif ranqda olan məmurların oğurluqlarının əvəzini bütünlükdə xalq ödəyir".
 
Müəllif hesab edir ki, bir şəxsin uzun müddət bir nazirliyə rəhbərlik etməsi maliyyə oğurluqlarına yol açır.
 
Yazıda vurğulanır ki, 25 il vəzifədə qalan bəzi nazirlər sanki öz mülklərini idarə edib.
 
Yazıda oxuculara sual da verilir:
"Belə imkanlara malik adamlar niyə biznesə getməyib dövlət məmuru kimi qalmaq istəyir. Görünür ki, dövlət büdcəsini talan etmək təmiz qazanmaqdan asandır. Göründüyü kimi, korrupsiyanın həcmi heyrət doğurur...". /

Google+ WhatsApp ok.ru