Kür-Bakı magistral su kəmərində qəza olub

Kür-Bakı magistral su kəmərində qəza olub

Qaradağ rayonunun bir hissəsinin su təchizatı dayandırılacaq.
 
Bu barədə ONA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.
 
Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 6 mart 2019-cu il tarixində gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.
 

Google+ WhatsApp ok.ru