Kürdəmirdə poliklinikada yanğın: 22 nəfər təxliyə olunub

Kürdəmirdə poliklinikada yanğın: 22 nəfər təxliyə olunub

Kürdəmirdə poliklinikada yanğın olub.
 
Maide.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 kv.m olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
 
Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə) tüstülənmiş ərazidən təxliyə olunub.
 
Poliklinika binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru