Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 5 nəfərə çatdı - YENİLƏNİB

Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 5 nəfərə çatdı - YENİLƏNİB

Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.
 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
 
Belə ki, "Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib.
 
***
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un yuxarı şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 4 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 sərnişin isə ağır bədən xəsarətləri alıb.
 
 

Google+ WhatsApp ok.ru