Kürdlər Kobanidən sonra Təl Abadı İŞİD-dən geri almaq üçün hücuma keçdi

İŞİD terrorçu qruplaşmasının nəzarətində olan Təl Abad şəhərinin azad olunması üçün əməliyyatlara start verilib.

Maide.az xəbər verir ki, bir neçə ay öncə Kobani şəhərini İŞİD-dən geri alan kürd döyüşçüləri, indi də terrorçuların əsas qərargahına çevrilən Təl Abadı işğaldan azad etmək üçün hərəkətə keçib.
Hazırda şəhərə qərbdən və şərqdən olmaqla iki istiqamətdə hücum edən kürdlər şəhərin şərq tərəfinə 10 km məsafəyə qədər yaxınlaşıb. Qərb istiqamətdən isə hələ 35 km məsafə qalıb.
Rəqqa şəhərindən Təl Abada kömək etmək üçün gedən İŞİD terrorçularının bir qrupu dünən koalisiya qüvvələri tərəfindən hava hücumları nəticəsində məhv ediliblər./

Google+ WhatsApp ok.ru