Kürd yaraqlılar silahı yerə qoyacaqlar

Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan PKK yaraqlılarının 2015-ci il mayın 15-də silahı yerə qoyacaqlarını bəyan edib. Bu barədə Trend “Milliyyət” qəzetinə istinadən məlumat verir.

Onun sözlərinə görə, PKK yaraqlılarının silahı yerə qoymasından sonra onlar Türkiyə ərazisini tərk edərək İraqın kürd muxtariyyətinin ərazisinə keçəcəklər.

Xatırladaq ki, PKK lideri 1999-cu il fevralın 15-də Keniyada həbs olunaraq Türkiyə hakimiyyətinə təhvil verilib və Mərmərə dənizindəki İmralı adasına yerləşdirilib. Əvvəlcə A.Öcalana çıxarılan ölüm cəzası sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. /

Google+ WhatsApp ok.ru