Kreditlərin bahalaşması davam edir

Kreditlərin bahalaşması davam edir

-- manat kreditinə görə, illik orta faiz dərəcəsi 13,57%...

"Novoye Vremya" qəzetində isə "Kreditlərin bahalaşması davam edir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, kreditlərin bahalaşmasına baxmayaraq, banklar ziyana məruz qalırlar, bunun səbəblərini öyrənmək artıq aktual məsələyə dönür, belə bir durumda məlum olur ki, bu günlərdə manatla kreditin verilməsi bir qədər də bahalaşıb.
 
Müəllif bildirir ki, manat kreditinə görə, illik orta faiz dərəcəsi 13,57%, xarici valyutaya görə isə 9,65%-təşkil edir, manat depozitləri üzrə orta illik manat faizi 10,06%-dən 10,14%-ə yüksəlib.
 
Yazı müəllifi xatırladır ki, Avropanın Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətləri Azərbaycan Maliyyə Bazarlaına Nəzarət Palatasının (MBNP) fəaliyyətini ciddi tənqidə məruz qoyub və bu şirkətlər Nazirlər Kabinetinə bank sektorunun "kövrəkliyinə diqqət yetirmək" çağırışı ediblər: "Şirkətlər qeyd ediblər ki, 5 bankdan 11-i zərərlə başa vurublar, problemli kreditlərin həcmi isə artmaqda davam edir. Avropa şirkətlərinin 31%-i Palatanın maliyyə bazarına nəzarət üzrə fəaliyyətini səmərəsiz sayırlar".
 
Müəllif də öz növbəsində hesab edir ki, Palatanın səmərəli fəaliyyətindən ölkənin bank sisteminin taleyi asılıdır, amma yarandığı ilk gündən qurum problemlərlə özü arasında məsafə saxlayıb ki, bunu bir çox əmanətçilər və kreditlər götürənlər də hiss edirlər: "Ən aşağısı, vaxtı keçmiş problemli kreditlər məsələsinin həll olunmamasında qurumun fəaliyyətsizliyi göz önündədir. Bu qurum diqqət yetirməyib ki, kreditlər getdikcə bahalaşmaqda davam edir.
 
Müəllifə görə, kommersiya bankları ilə Palata arasında normal münasibətlər qurulmadı, banklar Palatanın bir çox qərarlarını inkar etdi.
 
Məqalə müəllifi hesab edir ki, belə halda banklar çıxş yolu tapa bilməyəcəklər, maliyyə və bank sistemində sabitləşmə yoxdur, hətta vəziyyət bir qədər də pisləşib.
 
Müəllif hesab edir ki, Maliyyə Monitorinqi üzrə Dövlət Xidmətinin yaradılması da təsadüfi deyil, belə ki, Palatanın fəaliyyətinin nəticəsi olmasa bu qurum buraxılacaq.
 
Müəllif bu qədər yüksək kredit faizi aldıqları halda bankların zərərə düşməsinə cavab verilməsini istəyir, bunu ölkədə biznes-mühitin pisləşməsi kimi dəyərləndirir və bank sistemi ətrafındakı durumun sahibkarlığın və biznesin inkişafına birbaşa təsiri olduğu vurğulanır.
 
Müəllif xəbərdarlıq edir ki, iqtisadi böhran və bank sistemi böhranı zamanı bu, yolverilməzdir, ölkənin rifahının artması bu özəl bankların fəaliyyətindən çox asılıdır, Azərbaycanda "kredit bum"u dövrü çoxdan qurtarıb, əhali tərəfindən banklara etimad olduqca aşağıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru