Körfəz ölkələri vahid viza rejiminə keçə bilərlər

Körfəz ölkələri Əməkdaşlıq Şurasının gözləntilərinə görə, gələn ildən birliyə daxil olan 6 ölkəyə vahid viza ilə səfər etmək mümkün olacaq.

Maide.Az xarici KİV-lərə istinadən məlumat verir ki, vizanın tətbiqi gələn ilin əvvəllərinə nəzərdə tutulur.

Təşkilatın Mədəniyyət şöbəsinin müavini və Media baş katibi Salim Xalid əl-Həsənin sözlərinə görə, Körfəz ölkələri bu addım ilə Avropa İttifaqının təcrübəsinə və Şengen viza sahəsinə əsaslanaraq, kapitallaşmaq üçün cəhd edəcəklər.

Onun bildirdiyinə görə, bu mövzu keçən həftə Omanda Turizm Təşkilatının Nazirlərinin görüşü zamanı geniş müzakirə olunub. 

Əl-Həsən qeyd edib ki, bütün təşkilatlar turizmin inkişafını artırmaq istəyirlər və bunun üçün onlar, Aİ-nın təcrübəsindən yararlanmaq fikirindədilər.

Qeyd edək ki, 2018-ci ilə kimi turizmin inkişafını yüksəldmək məqsədi ilə Körfəz ölkələri ümumilikdə 380 milyard dollar sərf edəcəklərini qeyd ediblər. /

Google+ WhatsApp ok.ru