Krım 2 gündür ki, işıqsızdır-VIDEO

Rusiyanın ilhaq etdiyi Krım 2 gündür ki, işıqsız qalıb.
Maide.az xəbər verir ki, 2 milyon vətəndaşı olan Krım hazırda qaranlıqdadır. 
 
Hələ də elektrik enerjisini Ukrayna vasitəsilə alan Krımın 2 gün öncə enerji ötürən xətlərdə baş verən partlayış nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu səbəbdən bölgə hazırda işıqsız qalıb. Ukrayna tərəfdarı müxtəlif qruplar sıradan çıxmış xətləri bərpa etməyə gələn təmir briqadalarının işinə mane olaraq enerji təminatının bərpasına mane olub. 
 
Qərb mətbuatı Rusiyanın bölgədə elektirk enerjisi təminatını bərpa etməyə çalışdığını bildirir. Belə ki, Rusiyanın Kerç Boğazından Krıma yeni enerji xətləri çəkməyə çalışdığı deyilir./

Google+ WhatsApp ok.ru