Krım sahillərində yanan iki gəmidə azı 10 dənizçi həlak olub

Krım sahillərində yanan iki gəmidə azı 10 dənizçi həlak olub

Rusiyanın hakimiyyət orqanları Krım sahillərində iki gəmidə baş vermiş yanğın nəticəsində  10 nəfər həlak olub, 10 nəfər itkin düşüb
 
Son xəbərlərə görə, yanan gəmilərdə həlak olanların sayı 10 nəfərdir. 12 dənizçi xilas edilib, 10 nəfərsə itkin düşüb.
 
Xilasedicilərin yanğından 10 nəfərin cəsədini çıxardığı bildirilir.
 
Rusiya xilasetmə mərkəzinin sözçüsü pis hava şəraitinin dənizçilərin xilasını əngəllədiyini qeyd edib. Yanğının hələ də söndürülmədiyi xəbər verilir.  /azadliq.org /
 

Google+ WhatsApp ok.ru