Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb

Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb

Kubada onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Maide.Az xəbər verir ki, bu barədə yerli “Kubadebate” internet portalı məlumat yayıb. 
 
Məlumata görə, hadisə ölkənin qərbindəki Pinar-del-Rio vilayətində qeydə alınıb. Sərnişinləri daşıyan yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 40 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqlardır.
 
Yaralılar xəstəxanaya yerləşirilib. Həkimlər onların həyatı üçün təhlükənin olmadığını bildiriblər.  
 

Google+ WhatsApp ok.ru