Kuba müsəlmanları paytaxt Havanada məscid tikmək istəyir

Kuba müsəlmanları paytaxt Havanada məscid tikilməsi üçün hökumətə müraciəet edib və paytaxtda məscidin tikintisinə icazə verilməsini tələb edib. 
Maide.az-ın məlumatına görə,  hazırda Kubanın paytaxtı Havanada müsəlmanlar dini fəaliyyətlərini və namazlarını “Ərəb mədəniyyət mərkəzi” kimi tanınan bir evdə edirlər.  Bu ev müsəlman bir tacirə məxsus olub və 1940-cı ildə müsəlmanlar və ərəblər üçün dini fəaliyyətlər məqsədi ilə vəqf edilib. 
Statistikaya əsasən, hazırda Kubada 4 min müsəlman yaşayır ki, onların əksəriyyəti paytaxt Havanadadır.  Havana İslami Cəmiyyəti elan edib ki, son illər Kubada yerli əhali arasında İslama maraq artıb və İslamı qəbul edənlər arasında qadınlar daha çoxdur./ 
 

Google+ WhatsApp ok.ru